“İctimai” kanalda yayımlanan “Yeni sədalar” verilişinin ötən günkü buraxılışında maraqlı anlar yaşanıb.
Axşam.az-ın məlumatına görə, Kamran Quliyevin aparıcılıq etdiyi verilişdə bu dəfə müğənni Samir Piriyev qonaq olub. Müğənni proqramda yaradıcılığındakı yeniliklərdən danışıb, sevilən bəstələrini səsləndirib.
Canlı yayımda tamaşaçılar, “Rumba fiesta” qrupunun ifasında maraqlı mahnılar dinləmək imkanı da qazanıblar.
Qeyd edək ki, "Yeni sədalar" verilişi hər həftənin çərşənbə axşamı saat 13:45-də, cümə axşamı isə 15:15-də İTV-də canlı yayımlanır.