Əməkdar artist Mətanət İsgəndərli sosial şəbəkələrin fəal istifadəçisi olduğunu deyib.
Axşam.az saytına açıqlamasında müğənni yazılan hər şərhə diqqət etdiyini bildirib:
“Sosial şəbəkələrdə varam. Onu doğma bir adamım idarə edir. Özüm iş adamıyam. Həm çalışıram, həm də sənətlə məşğul oluram. Amma orda yazılan hər cümlədən xəbərim var, nəzarəti əldən vermirəm. Səhifəmi kimin idarə etdiyini deməyəcəm, ancaq heç bir cümlə məndən icazəsiz yazılmır. Bütün sözlər mənim ürəyimdən gəlir. Tapşırmışam ki, pis nəsə yazılsa mənə deməsinlər. Tez ruhdan düşürəm”.
Qızının toyuna hazırlaşan M.İsgəndərli media nümatəndələrini dəvət etməyəcəyini də xatırladıb:
“Qız köçürmək çətin işdir. Hazırlıqlara başlamışam. Toya medianın buraxılması məndən asılı deyil. Mən media adamıyam. Allahın bildiyini bəndədən gizlətməyəcəm ki... Bunu gənclər özləri istəmirlər. Qız evi ağır olar. Buna görə də o məsələyə qarışmıram. Heç kim də buna görə məndən inciməsin”.
Foto: Rəşad ABBASOV