Türkiyənin "TRT Müzik" kanalında əməkdar artist Tünzalə Ağayevanın aparıcılığı ilə efirə gedən “Bir səsin cazibəsi” adlı veriliş hər şənbə günü saat 00:30-da yayımlanmağa davam edir.
Axşam.az xəbər verir ki, hər həftə bir-birindən sanballı ifaçılar dəvət edən T. Ağayevanın bu dəfəki qonağı tanınmış türk sənətçisi, bəstəkar Oğuz Ağsaç olacaq.
Proqrama modelyer Gülnarə Xəlilovanın hazırladığı geyimlərdə çıxan əməkdar artisti Ankara Şəhər Orkestri müşayət edir.