Müğənni Lətifə Soyuöz ATV telekanalında yayımlanan “Bu bir sirdir” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, sənətçi canlı yayımda türk qəhvəsi hazırlayıb. Onun hazırladığı qəhvə aşpazı da təəcübləndirib. Lətifə qəhvə hazırlamağı qaynanasından öyrəndiyini deyib:
“Əvvəllər türk qəhvəsini sevmirdim. Qəhvə bişirməyi Türkiyədə olanda qaynanam öyrədib. Bir neçə dəfə içdəndən sonra çox bəyəndim. İndi hər gün ən az iki dəfə içirəm. Ümumiyyətlə, mətbəxdə zaman keçirməyi xoşlayıram. Evdə vaxt olan kimi yeməkləri özüm hazırlayıram”.