Türk rejissoru, şair-aktyor Yılmaz Ərdoğanın həyat yoldaşı, aktrisa Belçim Bilgin sərxoş halda kameralara tuş gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Nizami kinoteatrında da nümayiş olunan “Sadəcə sən” adlı filmin baş rol ifaçısı Belçim Bilgin ötən axşam bir partidə iştirak edib. Ordan nəşəli halda çıxan aktrisa qarşısını kəsən müxbirlərin suallarını cavabsız qoyaraq məkandan uzaqlaşıb.