“Chanel” brendi maraqlı addım atıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət supermarketlərdə istifadə etmək üçün maraqlı aksessuarlar hazırlayıb.
Brendin yaradıcısı Karl Leqerfeld bildirib ki, kolleksiya olduqca kreativdir. Kolleksiyaya ərzaq səbəti, yumurtaların qoyulması üçün bəzəkli çanta və digər maraqlı aksessuarlar daxildir. Bununla da “Chanel” baxımlı və zəngin qadınlar üçün yeni dəbin əsasını qoymuş olub.