Məşhur müğənni Beyons Dominikan Respublikasında istirahət edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, tək yox, ailəsi ilə birlikdə dincəlir.
Cütlük istirahət üçün böyük bir ərazi götürüb. Şəxsi çimərliyində istirahət edən Beyons qolf oynayarkən foto çəkdirib. 32 yaşlı müğənni öz məzuniyyətindən olan şəkilləri sevənləri ilə bölüşüb.