Şakiranın ideal bədən quruluşu – fotolar

Şakiranın ideal bədən quruluşu – fotolar
4325 dəfə oxunub
  • A-
  • A
  • A+

Ana olduqdan sonra arıqlamaqda çətinlik çəkən məşhurlardan fərqli olaraq, dünya şöhrətli müğənni Şakira ideal bədəni ilə göz qamaşdırır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hamilə olarkən ən dəbli libaslarla qırmızı xalıdan keçən ifaçı Jerard Pikedən dünyaya gətirdiyi oğlu Milandan sonra da diqqət mərkəzindədir.

Həm yeni albomu, həm də klipləri ilə göz onunda olan Şakira bu günlərdə tədbirlərdən birində görüntülənib. Yaşıl dar libası ilə özünə güvəndiyini nümayiş etdirən Şakira idmanla və pəhrizlə doğuşdan sonrakı çəkilərdən tez bir zamanda azad olmağın mümkünlüyünü söyləyib.