Ayana ad günü təbrikləri - fotolar

Ayana ad günü təbrikləri - fotolar
10081 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün müğənni Ayan Babakişiyevanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, 25 yaşı tamam olan ifaçını sənət adamları da təbrik edib. A.Babakişiyevanın özünə yaxın bildiyi dostlarından onun haqqında ürək sözlərini öyrəndik.

Şair, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:

 “Ayanı təbrik edirəm. Mənim sözlərimə Xanım İsmayılqızının bəstələdiyi “Məni anla” mahnısını səsləndirib. İfasını çox bəyənmişəm. Ayanın gözəl səsi var, musiqimizdə xüsusi yer tutmağa qabiliyyəti olan bir xanımdır. Bu yaxınlarda mənim sözlərimə Xanım İsmayılqızının bəstələdiyi daha bir mahnını da səsləndirəcək. Hazırda Bakıda deyiləm, Ayanı şəxsən təbrik edə bilmirəm. Amma telefonla təbriklərimi çatdırmışam. Bu arada onu ana olması münasibətiylə də təbrik edirəm”.

Şairə, bəstəkar Xanım İsmayılqızı:

“Ayana ən birinci sağlamlıq, qadın xoşbəxtliyi, ana səadəti, həyatında uğurlar arzulayıram. Hər zaman belə gözəl, təravətli olsun. Yanında həmişə sədaqətli insanlar toplansın. Necə ki, indi Ayanın ətrafında ancaq ona sadiq dostları var...”

Müğənni Rəqsanə İsmayılova:

“Ayanın bir xasiyyəti xoşuma gəlir – o, özündən yaşca böyüklərə hər zaman hörmət edir, salam verib münasibət saxlayır. Buna görə də Ayanı çox istəyirəm. Gözəl balası – qızı var. Onu təbrik edirəm. İndi Ayan həm dostunu, həm də düşmənini seçsin. Yaxşı gündə hamı adamın yanında olur, pis gündə özünə dost deyənlər yox olur. Bu mənim də həyatımda olub. Təcrübəmə əsaslanaraq deyirəm ki, bu hadisədə çox şeyi öyrəndim. Dedim ki, insanlar ancaq ad, pul, şöhrət üçün var imişlər. Təbrik edirəm Ayanı. Bakıya gələndə gedib balaca qızımızı da görəcəm. Ayanı həm ad günü, həm də balasının olması münasibətiylə təbrik edirəm.

Bəstəkar Elçin İmanov:

“Ayan yaradıcılıqda ilk addımını mənimlə atıb. O gündən bəri uğurları davam edir. Onu hər zaman zirvədə görməyi arzu edirəm. Ayan özünə dost seçməkdə diqqətlidir. Cəmiyyət arasında nüfuzu, hörməti olan insanlarla dostluq edir. Özü də onlarla əsl dost olmağı bacarır. Onu səmimi qəlbdən təbrik edirəm”.

Müğənni İradə İbrahimova:

“Ayan övlad dünyaya gətirdi, bu müqəddəs hissi yaşamaq ona da qismət oldu. Onu hər iki səbəb münasibətiylə təbrik edirəm. Balasının xoş günlərini görmək qismət olsun. Yaradıcılığında da bol uğurlar arzulayıram”.

Şair Baba Vəziroğlu:

“Ayan sənətçilər arasında ən uzunömürlü dostlarımdandır. Bundan sonra da aramızdakı bu dostluq telləri qırılmayacaq. Ona hər bir işində uğurlar arzu edirəm. Mahnı yaradıcılığımızda da işbirliyimiz dostluğumuz kimi uzun olacaq”.

Dicey Kazım Sübhan:

“Tam əminliklə deyə bilərəm ki, Ayan mənim əsl dostumdur. İllərin dostu, ad günün mübarək”.