Sevincin yeni imici - fotolar

Sevincin yeni imici - fotolar
20269 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sevinc Musayeva imicində dəyişiklik edib.

Axşam.az-ın məlumatına görə, görünüşündə gah müasirlik, gah klassika yaradan sənətçi bu dəfə özünə ötən əsrin əvvəllərini xatırladan tərz seçib.  Üslubu ilə maraq yaradan gənc müğənni sənəti və xarici görünüşündə rəngarəngliyi sevdiyini bildirib. O, bu tərzinə uyğun olaraq saçlarını sarı rəngdən qaraya boyadıb:

“Bu geyim ötən əsrin əvvəllərini xatırladır. Bu tərzi bir çox geyimlərə bənzədənlər var. Amma belə biçimi heç kimdə görməmişəm və ya kimdəsə görüb sifariş verməmişəm. Əcnəbilərin nüfuzlu moda dəfiləsində rast gəldim. Həmin geyim özəlliyi ilə diqqət çəkirdi.  Mavi rəng də hazırda dəbdədir. Stilist dostlarım, ətrafımdakı zövqlü insanlar son günlər ən çox bəyənilən geyimimin bu olduğunu bildiriblər.  Bu tərzdə hansısa bir layihədə görünəcəyimə ümid edirəm”.