Kann Film Festivalına qatılan Hollivud ulduzu Codi Törner-Smitin zinət əşyaları oğurlanıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 34 yaşlı aktrisa bazar günü daş-qaşlarının oğurlanması ilə bağlı polisə müraciət edib.
Sonuncu rol aldığı "After Yang" filminin premyerası üçün festivala qatılan aktrisa tvitter hesabında "Kann festivalındakı son günümün 2,5 saatını polis bölməsində keçirəcəyimi düşünmürdüm, amma təəssüf ki, buradayam" deyə, qeyd edib.
Yerli mənbələrə görə, oyunçunun oğurlanan zinət əşyalarının dəyəri 10 min avro təşkil edir.
"Nice Matin" qəzetinin məlumatına görə, festival zamanı aktrisanın qaldığı otel otağına hər hansı müdaxilə olunmayıb. Hazırda oğurluq iddiası ilə bağlı istintaq davam edir.
Qeyd edək ki, 2019-cu ildə amerikalı həmkarı Coşua Cekson ilə ailə həyatı quran Codi Törner-Smitin bir qızı var.