Arda Turanın malikanəsindən - Fotolar

Arda Turanın malikanəsindən - Fotolar
2336 dəfə oxunub
  • A-
  • A
  • A+
"Qalatasaray"ın ulduz futbolçusu Arda Turanın həyat yoldaşı Aslıhan Doğan Turan malikanələrindən video çəkərək sosial media hesabında paylaşıb.

Axşam.az xəbər verir ki, Aslıhan evə 6 ay əvvəl köçdüklərini və uzun müddət burada yaşamaq istədiklərini bildirib.

Villadakı otaqlar və əşyalar uşaqların təhlükəsizliyi düşünülərək dizayn edilib. Evin girişində Arda Turanın kapitanı olduğu komandanın loqosu da diqqətdən yayınmayıb.

Üç mərtəbəli evdə lift var. Lakin uşaqlara görə cütlük ondan istifadə etmir. Eyni zamanda bağçada dincəlmək üçün ayrıca guşə, qreypfrut, gavalı ağacı və bir çox çiçək növü mövcuddur.

Malikanənin divarlarını isə cütlüyün uşaqları Hamza və Asilin ağ-qara fotoşəkilləri bəzəyir.