Elvin oğluna ad günü etdi - Fotolar

Elvin oğluna ad günü etdi - Fotolar
2807 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elvin Abdullayev və aparıcı Afət Abdullayevanın oğlu Səidin ad günü olub.

Axşam.az xəbər verir ki, cütlük övladının özəl gününü şəhər restoranlarından birində qeyd edib. Ailə 2 yaşı tamam olan Sədin özəl gününə yaxınlarını dəvət ediblər.

Elvin ad gününə sənət dostlarını dəvət etməməsinin səbəbini də açıqlayıb. "Sənət dostlarımın öz, ailənin başqa yeri var. Sənətlə ailə məclisini birləşdirmək düz gəlmir. Özüm də sənət dostlarımın ailəvi məclisləri olanda qatılmıram. Çünki hər kəs sərbəst olmaq istəyir. Niyə mənə görə kimsə sıxılsın" deyə, müğənni əlavə edib.

Şəkillərin müəllifi fotoqraf Ramin Həsənovdur.

Qeyd edək ki, Elvin və Afət cütlüyünün Tuncay adlı daha bir oğlu var.