Kann Film Festivalının qalibləri açıqlanıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, festivalın ən önəmli mükafatını "Titan" filmi və rejissor Culya Dyukorno qazanıb.
Münsif kürsüsündə Meqqi Cillenhol, Cessika Hausner, Kleber Mendonsa Filo, Mati Diop, Milen Farmer, Son Kon-ho, Melani Loran və Tahar Rahim yer alıblar.
Festivalın Qran-prisini "Qəhrəman" filmi və iranlı rejissor Əsgər Fərhadi qazanıb. Münsif mükafatı "Yaddaş" filmi və rejissor Apiçatponq Virasetakul, "Ahed's Knee" filmi və rejissoru Nadav Lapid alıb.
Ən yaxşı rejissor mükafatı Leos Karaks, Ən yaxşı kişi obrazı Kaleb Lendri Cons, Ən yaxşı qadın obrazı Renat Reinsvə verilib.
"Qızıl kamera" mükafatını rejissor Antoneta Kusiyanoviç qazanıb.