Məşhur model ikinci dəfə ərə getdi - Fotolar

Məşhur model ikinci dəfə ərə getdi - Fotolar
730 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur hollandiyalı model Lara Stounun ötən həftə sonu David Qrivson ilə toyu gerçəkləşib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 36 yaşlı model lüks daşınmaz əmlak sahəsində işləyən David ilə 2018-ci ildən münasibətdədir. 2020-ci ildən nişanlı olan cütlük pandemiya səbəbindən toylarını ertələməli olmuşdu.

Lara Stoun toyunda "Tephi" markasından olan uzun libas geyinib. Mərasim İngiltərədə baş tutub. 

Qeyd edək ki, bu Lara Stounun ikinci evliliyidir. O bundan əvvəl aktyor Devid Uilyamsla evli olub. Cütlüyün Alfred adında oğlu var.