Tanınmış yumor ustası Cem Yılmaz ad gününü oğlu Kemal, avstraliyalı sevgilisi və yaxın dostları ilə birlikdə qeyd edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ad günü hədiyyələrini ofisində qəbul edən Cem, müxbirlərin qapıda gözləməyinə əsəbləşib. Sonra ofisi tərk edib ad gününü əyləncə məkanlarından birində keçirən yumor ustasının partisinə Şənər Şən, Ayşən Qruda, Yavuz Turgul, Biricik Suden, Mazhar Alanson, Özkan Uğur, Zəfər Algöz və Sinan Çətin qatılıb. Təzə sevgilisini dostları ilə tanış edən yumor ustası, daha sonra onunla birlikdə başqa məkana gedib və Kənan Doğulu-Beren Saat cütlüyü ilə birlikdə əylənib.