Ölkənin ən gözəl qızını seçəcəklər - fotolar

Ölkənin ən gözəl qızını seçəcəklər -  fotolar
3210 dəfə oxunub
  • A-
  • A
  • A+
Daha bir zövq yarışmasının seçim turlarına start verilib.

"Secular Fashion Contest” adlanan yarışma haqqında Axşam.az-a layihənin rəhbəri və “High Life Fashion & Model Academy”-nin baş direktoru Aqil Məmiyev məlumat verib:

“Bu, “High Life Fashion & Model Academy”nin daha təzə layihəsidir. Artıq müsabiqənin ilk çəkilişlərini  gerçəkləşdirmişik. Həftənin qalibi olmaq uğrunda 6 iştirakçı (3 oğlan və 3 qız) mübarizə aparıb. Yarışmanın qalibi ayın qalibi olmaq üçün 4 həftənin finalçıları ilə bir daha yarışacaq. Ayın qalibi seçiləcək qız və oğlan iştirakçı finala vəsiqə qazanacaq. Bu həftə iştirak edən 6 iştirakçı (Sevda Xudiyeva, Leyla Babayeva, İrlana Qasımova, Salman Abbasov, Sadiq Cəfərli, Laçın Cəbrayılov) arasından tamaşaçıların və münsiflər heyətinin rəyinə əsasən model Sadiq Cəfərli və model İrlana Qasımova növbəti tura keçib".

"Secular Fashion Contest” müsabiqəsində qaliblər internet səsverməyə və münsiflər heyətinin rəyinə əsasən seçiləcək. Münsiflər heyətində səsvermənin nəticələri hər həftənin bazar günü hesablanacaq.

Yarışmanın münsiflər heyəti Aqil Məmiyev, Mübariz Allahverdizadə, Anastasia Bern, Eldar Qulamov, Oksana Rzayeva, Ləman Əlizadə, Süleyman Tənahirli və Aytac Ağacanovadan ibarətdir.

Yekun müsabiqə təntənəli şəkildə keçiriləcək və həm televiziya, həm də internet vasitəsilə canlı yayımlanacaq.
Secular Fashion Contest” müsabiqəsində 1-ci yerin qalibini 3000 manat pul və möhtəşəm tanıtım, 2-ci yerin qalibini Fransaya 7 gecə 8 günlük full tur-paket, 3-cü yerin qalibini isə 500 manatlıq geyim kartı gözləyir.
Müsabiqədə iştirak üçün qeydiyyat artıq başlayıb.

Qeyd edək ki, layihənin təşkilati dəstəyi “TAR Production & Studio”, rejissoru Nevzat Mahmud, prodüseri Salman Abbasovdur.