"20 ildir tər əleyhinə vasitədən istifadə etmirəm" - Kameron Diaz

"20 ildir tər əleyhinə vasitədən istifadə etmirəm" - Kameron Diaz
2783 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış amerikalı aktrisa Kameron Diaz 20 il tər əleyhinə vasitədən istifadə etməyib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki,aktrisa baş rola çəkildiyi filmin təqdimatında "E! News”a verdiyi açıqlamada tər əleyhinə vasitələrə inanmadığını, onların sağlamlığa ziyan vurduğunu, özünün də  20 ildir ki,  bu cür vasitələrdən istifadə etmədiyini deyib. 41 yaşlı aktrisa həmçinin “bu cür vasitələrdən istifadə etdiyiniz üçün pis qoxuyursunuz, həmin vasitələr qoxuları içəridə saxlayır. Sadəcə qoltuqaltındakı tükləri təmizləyin. Onda dərinin rahat nəfəs almasına şərait yaratmış olarsınız” söyləyib.

Beləcə ABŞ mediası qırmızı xalçada K.Diazın qolaltı hissəsinin həmişə tərli görünməyinin səbəbini də öyrənmiş olub.