“İctimai” telekanalda yayımlanan “Yeni sədalar” verilişinin növbəti qonaqları müğənni Azad Şabanov, Xakira və İlahə İbadova olub.
Axşam.az-ın məlumatına görə, sevilən mahnılarını tamaşaçılara təqdim edən ifaçılar sənətlərindəki yeniliklərdən də danışıblar. Aparıcı Kamran Quliyevin maraqlı sualları və söhbəti ilə yadda qalan verilişdə tamaşaçılar canlı musiqi dinləmək imkanı qazanıblar. Belə ki, “Rumba fiesta” qrupunun solistləri Orxan, Məsut və Elşən canlı mahnılar ifa ediblər.
Qeyd edək ki, "Yeni sədalar" verilişi hər həftənin çərşənbə axşamı saat 13:45-də, cümə axşamı isə 15:15-də İTV-də canlı yayımlanır.