Amerikanın ən məşhur popçularından biri Madonna "Buzzfeed" internet jurnalının qonağı olub.
Axşam.az saytı xarici mətbuata istinadən xəbər verir ki, "Buzzfeed"in redaksiyasında müğənniyə asossiasiya oyunu oynamağı təklif ediblər.
Oyunun şərtlərinə görə jurnalın oxucuları Madonnaya sözlər göndərib, o da kağızda həmin sözlərin ona nəyi, ya da kimi xatırlatdığını yazıb. Oxuculardan biri qalmaqalları ilə populyar olan müğənniyə Rusiya prezidenti Vladimir Putinin adını göndərib. Madonna "Putin" sözünü görəndə əlindəki kağıza "mavi" yazıb.
İndi bütün dünya Madonnanın Putini "mavi" adlandırmağından danışır.