“Eurovision-2014”ün iştirakçıları bu səhnədə çıxış edəcək - fotolar

“Eurovision-2014”ün iştirakçıları bu səhnədə çıxış edəcək - fotolar
2648 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision-2014” mahnı müsabiqəsinin keçiriləcəyi “B&W Hallerne” arenasının fotoları yayılıb.

Axşam.az müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagen artıq üçüncü dəfə yarışmaya ev sahibliyi edəcək.

Belə ki, iki dəfə - 1964 və 2001-ci illərdə yarışma bu ölkədə keçirilib. Həmçinin 2005-ci ildə yarışmanın 50 illiyinə həsr olunmuş konsert proqramı da bu şəhərdə baş tutub.

Xatırladaq ki,  “Eurovision” müsabiqəsinin 1-ci yarımfinalı mayın 6-sı, 2-ci yarımfinal mayın 8-i, böyük final isə mayın 10-u keçiriləcək. Azərbaycanı yarışmada Dilarə Kazımova təmsil edəcək.