Əkbər Əlizadə qızını internata atıb - yenilənib+fotolar

Əkbər Əlizadə qızını internata atıb - yenilənib+fotolar
13885 dəfə oxunub
  • A-
  • A
  • A+

Teleaparıcı Əkbər Əlizadə qeyri-rəsmi nikahdan dünyaya gələn qızını fiziki və əqli qüsurlu uşaqlar üçün internat evinə verib.

Bu barədə “Axar.az”a etibarlı mənbədən məlumat daxil olub. Məlumata görə, aparıcının qızı Saray qəsəbəsində yerləşən 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində qalır. Bura xüsusi qayğıya ehtiyac duyan əqli cəhətdən qüsurlu uşaqların dövlət himayəsində yaşadığı  müəssisədir. 

Mənbə bildirir ki, uşaqların daimi olaraq yaşadığı və qida, geyim, lazımi tibbi xidmətlərlə təmin olunduğu müəssisəyə teleaparıcı vaxtaşırı baş çəkir:  

“Əkbər Əlizadə ara-sıra qızını görməyə də gəlir. İnternat evində tez-tez çəkilişlər də olur. Ancaq bu çəkilişlərdə Əkbər Əlizadənin qızını gizlədirlər. Uşağın efirdə görünməsinə, kameraya düşməsinə icazə vermirlər”.  

Məlumata görə, internat evinə verilən qızdan aparıcının ailəsi bixəbərdir. 

"Qafqazinfo" saytı isə Əkbər Əlizadənin mövqeyini öyrənmək üçün əlaqə saxlamaq istəsə də, aparıcı əvvəlcə zəngə cavab verməyib, daha sonra telefonu söndürüb.

Əməkdar artist Əkbər Əlizadə AzNews.az saytına açıqlama verib. O, xəbəri təəccüblə qarşılayıb: “Bu xəbər harda yazılıb? Əlbəttə ki, yalandır. Bu şayiə də deyil e, şərdir”.