Zərifə Əliyevanın xatirəsinə mahnı həsr olundu - audio

Zərifə Əliyevanın xatirəsinə mahnı həsr olundu - audio
2110 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın xanım bəstəkarı Sevinc Tofiqqızı görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın əziz xatirəsinə həst etdiyi “Gözlərə nur verən mələk” kompozisiyasına klip çəkdirib.

Bu barədə Axşam.az-a açıqlama verən bəstəkar kliplə bağlı fikirlərini belə şərh edib:

“Mən “Gözlərə nur verən mələk” kompozisiyamı dəyərli akademik Zərifə Əliyevanın əziz xatirəsinə - onun 90-illik yubileyinə həsr etmişdim və ilk dəfə millət vəkili Məlahət İbrahimqızının Zərifə xanım Əliyevanın 90-illik yubileyi münasibətilə keçirdiyi tədbirdə səsləndirmişdim. Sonra düşündüm ki, bu kompozisiyaya klip də çəkdirim. İş elə gətirdi ki, klip görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü günündə hazır oldu. Gözəl xanım, hörmətli şəxsiyyət, sevimli həyat yoldaşı, qayğıkeş ana, daima hamıya kömək edən xeyirxah insan, alim Zərifə xanım Əliyevanın əziz xatirəsinə kompozisiya bəstələmək və klip çəkdirmək mənim ən böyük arzum idi”.

“Gözlərə nur verən mələk” kompozisiyasına çəkilmiş klipin  rejissoru Elmir Süleymanov, montajçısı Elnar Həşimov, oranjimançısı Osman Həmidovdur.

Məlumat üçün bildirək ki, bəstəkar Sevinc Tofiqqızı Atatürkə və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana həsr etdiyi kompozisiyaları ilə tanınır.