Ayan: “Çox xoşbəxtəm”

Ayan: “Çox xoşbəxtəm”
5205 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ayan Babakişiyeva ana olduqdan sonra ilk dəfə canlı efirə çıxıb.

Axşam.az-ın məlumatına görə, “Bizim gün” verilişinə gələn sənətçi qızından danışıb və xoşbəxt olduğunu deyib:

“Qızıma yunan ilahəsinin adını qoydum: Selena. Selena  xanımları sevən, qoruyan ilahədir. Qızım mənə bənzəyir. Çox xoşbəxtəm, Allah bunu mənə çox görməsin”.

Qeyd edək ki, Ayan yenidən xalq artisti Səməd Səmədovun prodüseri Rövşən Cəfərovla əməkdaşlığa başlayıb. “Qorxuram gecələrdən” adlı təzə mahnısını efirdə səsləndirən Ayan ona tezliklə klip çəkdirəcəyini də bildirib.