"Özümə mane olmağı bacarmıram" - Günel dəyişdi

"Özümə mane olmağı bacarmıram" - Günel dəyişdi
2739 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Günel Zeynalova Türkiyədə alış-veriş edərkən obyektivlərə tuş gəlib.

Axşam.az xəbər verir ki, sənətçi jurnalistlərə açıqlamasında alış-veriş sevgisindən danışıb. O bildirib ki, mağazaya girəndə özünə mane ola bilmir:

"Bəzi əksiklərimi almağa çıxmışam. Alış-verişə gələndə nəsə alıramsa, özümü dayandıra bilmirəm. Özümə mane olmağı bacarmıram. Bazarlıq etməyi çox sevirəm".

Günelin görünüşündə etdirdiyi dəyişiklik də diqqətdən qaçmayıb. Sənətçi uzun saçlarını qısaldaraq, onlara buruq tərz verib.