Ermənilər Nizami Gəncəvinin büstünü bu hala salıb - Fotolar+Video

Ermənilər Nizami Gəncəvinin büstünü bu hala salıb - Fotolar+Video
1100 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış fotoqraf Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsinin fotolarını paylaşıb.

Axşam.az xəbər verir ki, fotoqraf bu dəfə dahi şair Nizami Gəncəvinin dağıdılmış büstünün video və fotolarını yayımlayıb.

"Ermənilər Qarabağı işğal edən zaman bütün zamanların ən böyük şairi və filosofu Nizami Gəncəvinin büstünü bu hala salıblar. Bu il Nizami Gəncəvinin anadan olmasının 880 ili qeyd edilir" deyə, R.Diqqəti paylaşımında qeyd edib.

O, əlavə edib ki, hələ XVII əsrdə fransız şərqşünası Bartelemi de Molenvil Avropaya Gəncəvinin qeyri-adi gözəl poeziyası haqqında danışıb.