Böyük Britaniya kraliçası II Elizabetin ortancıl oğlu şahzadə Endryu Barbadosda naməlum qadınla birlikdə istirahət edərkən kameralara hədəf olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, adada xüsusi malikanəsi olan şahzadə yanındakı şarışın xanımla uzun müddət gah söhbət edib, gah da bir yerdə dənizdə üzüblər. Cütlük istirahət üçün gözdən xəlvət yer seçməyə çalışsa da, paparassilərdən qurtula bilməyib.
Naməlum qadının gün eynəyini və boynunda parıltısı göz qamaşdıran boyunbağını suya girəndə belə çıxarmamağı xüsusi diqqət çəkib.