Kosmosa uçanların - Fotoları

Kosmosa uçanların - Fotoları
718 dəfə oxunub
  • A-
  • A
  • A+

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub.

Bu gün isə səyyahların fotoları yayılıb. Şəkillər uçuş zamanı çəkilib.

Sərnişinlərdən biri əvvəl xərçəng xəstəliyi ilə mübarizə aparan 29 yaşlı bir tibb işçisidir. Digərləri 42 yaşlı keçmiş qadın döyüş pilotu, uçuş yarışmalarından birində qalib gələn 51 yaşlı geologiya müəllimi və kosmos səyahətinin xərclərini qarşılayan 38 yaşlı iş adamı Card İsakməndir.