"Yasak elma"nın aktrisası evli rejissorla görüntüləndi - Fotolar

"Yasak elma"nın aktrisası evli rejissorla görüntüləndi - Fotolar
1835 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yasak elma" serialında Zehra obrazına həyat verən aktrisa Şafak Pakdemir ötən gün ekran işinin ikinci rejissoru Oğulcan Eren Akay ilə birlikdə görüntülənib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük gecə saat 3-ə qədər Cahangirdə əylənib. Səmimi şəkildə yaxalanan ikili fotolarının çəkildiyinin fərqinə varandan sonra Oğulcan paparatsilərə hücum edib.

Aktrisa tərəfləri ayırmağa çalışsa da buna müvəffəq ola bilməyib. O, təhqir və şiddətə məruz qalan "Kanal D" müxbirlərindən üzr istəyib:

"Dostlar, sizdən üzr istəyirəm. Zəhmət olmasa bu hadisəni böyütməyin, haqlısınız, şəkilləri istifadə edin və ya etməyin demirəm, amma məni hörmətdən salmayın".

Qeyd edək ki, Şafak yeni mövsümdən "Yasak elma" serialında rol almır. Ekran işinin rejissoru olan Oğulcanın isə evli və övladı olduğu bildirilir.