Müğənni Xatun Əliyeva sənət yoldaşlarından şikayətlənib.
Axşam.az xəbər verir ki, sənətçi “Onlar” verilişinə açıqlamasında ayağının altını qazanların günü-gündən artdığını deyib:
“Öz sənət dostlarım ayağımın altını qazır. Hansısa məkanda olurlar, mən gələndə başlayırlar ağız əyməyə. Bu cəmiyyətdə paxıllıq var. Artıq iki ildir ki, mən də müğənnilərin içindəyəm, onlar gedən məkanlarda oluram, münasibətləri görürəm. Çalışıram ki, ətrafımda yalnız məni sevənlər olsun. İnsanların enerjisini hiss edirəm. Hərdən mənə Vanqa da deyirlər. Hər şeyi əvvəlcədən bilirəm”.
Xatun övladını mediadan gizlətməyindən də danışıb:
“Tanınmış olduğumdan artıq mənim üçün hər şey çətinləşir. Buna görə də övladımı bu aləmdən kənar tutmaq istəyirəm. İstəmirəm, onu mediaya çıxarım. Baxın, Xumar Qədimova neçə illərdi sənətdədir, amma oğlunu üzə çıxarmır. Mən də onun kimi edirəm”.
Foto: Rəşad ABBASOV