Müğənni Elçin Hüseynov “Yalanın adı” mahnısına çəkilmiş klipinin təqdimat mərasimini keçirib.
Axşam.az xəbər verir ki, mahnının sözləri Azər Şirinə, musiqisi Elçin Cəfərova məxsusdur. Klip teleaparıcı Tural Ozanın rejissorluğu ilə çəkilib.
Müğənni ekran işi ilə bağlı təəssüratlarını bölüşüb:
“Artıq 20 ilə yaxındır ki, sənətdəyəm. Tamaşaçının zövqünə uyğun, adıma layiq iş təqdim etmək istədim. Klip avropasayağı çəkilib. Əsas odur ki, ürəyimcə oldu”.
Qeyd edək ki, təqdimat mərasimində əməkdar artist Abbas Bağırov, müğənnilər Xatirə İslam, Xatun, Sevinc Ağaşirinova, Rüfət Axundov, Emil Bədəlov, Yaşar Cəlilov, Vüqar Muradov, Elçin Cəfərov, Kərim, Sevinc Ağaşirinova, Roza Zərgərli, Zarina Məmmədova, Niyam Səlami, teleaparıcılar Cavid Gül, Şəhriyar Əbilov, rəqqasə Fatimə Fətəliyeva, Oksana Rəsulova, prodüser Təranə Səmədova və başqaları iştirak ediblər.
Foto: Rəşad ABBASOV