Əlikramın villası - Fotolar

Əlikramın villası - Fotolar
5267 dəfə oxunub
  • A-
  • A
  • A+
"Atamla anamı bir insan bilirdim. Atam iki yaşım olanda vəfat etdi. Anam bizi çox çətinliklə böyüdüb. Acınacaqlı illərimiz olub. Bacımı, sonra anamı itirdim. Çox keşməkeşli həyat yaşamışam. Kasıb olmuşam. Məktəbdə bir dəfə mənə yardım verdilər. 34 uşaq içində bircə mənə paltar verdi. Uşaqlar təəccübləndi ki, niyə ancaq buna? Sonra qayıtdılar ki, bunun atası yoxdur, yetimdir, ona görə. Həmin paltarı geyinmədim, gəlib atdım təndirə. Kasıb olmaq utanılacaq hal deyil".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Əlikram Bayramov deyib. "Dönə bilsəm" verilişi bu dəfə ifaçının Biləsuvardakı evində qonaq olub.

"Anamın arzusu bu evi tikməyim idi. Amma görmədi. Dünyasını tez dəyişdi" deyə, Əlikram söyləyib.

Sənətçinin xanımı Tünzalə də kamera qarşısına keçib. Ə.Bayramov "Biz sevgi üzərində ailə qurmuşuq. O, mənim hər şeyim olub. Qulağının sırğasını belə çıxarıb mənə görə satıb. Deyirdi, get mahnı al, klip çəkdir. Bir övladımızı itirdik. İndi bir oğlumuz var" deyə, həyat yoldaşı haqda deyib.