"Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyeva sosial şəbəkədə uşaqlıq fotolarını paylaşıb.
Axşam.az xəbər verir ki, izləyicilər sənətçinin övladları İsgəndər və Aişənin ona bənzədiyini yazıblar.
Qeyd edək ki, bu gün Safurə Əliyevanın 29 yaşı tamam olur. O, mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün Natiq adlı daha bir oğlu var.