Dünya şöhrətli müğənnilər Keti Perri və Rihanna yenidən birlikdə görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, köhnə dostlar yenidən münasibətlərini bərpa edib.
Daha öncə onlar bütün tədbirlərə birlikdə gəlirdilər. Hətta Ketinin toyundan əvvəl təşkil olunan qız məclisinin bütün təşkilati işləri də Rihannaya məxsus idi. Amma Rihanna onu döyən sevgilisi Kris Brauna qayıtdıqdan sonra Keti onu dəstəkləməkdən imtina etmişdi və cütlüyün dostluq münasibəti bitmişdi. Artıq Rihannanın Krisdən ayrılması köhnə rəfiqələri bir araya gətirib. Onlar bu dəfə ortaq dostları musiqiçi Major Lazerin şərəfinə təşkil edilmiş əyləncə gecəsində birlikdə görüntüləniblər.