Zülfiyyə Xanbabayeva Şuşada şəhid ailələri ilə - Fotolar

Zülfiyyə Xanbabayeva Şuşada şəhid ailələri ilə - Fotolar
1711 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Zülfiyyə Xanbabayeva Şuşaya gedib.

Axşam.az xəbər verir ki, müğənni "Mənim atam qəhrəmandır" layihəsi çərçivəsində şəhid ailələri ilə görüşüb. İfaçı həmin görüntüləri sosial şəbəkə hesabında yayımlayıb. 

"Əziz bizim şəhidlik zirvəsinə çatmış qəhrəman qardaşlarımız. Sayənizdə qanınız bahasına geri qayıtmış Şuşamıza bir daha səfər etdik. "Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" silsilə layihəmiz çərçivəsində sizin şəhid olduğunuz torpaqlarda valideynləriniz, həyat yoldaşlarınız və gül balalarınızla bir daha yenidən görüşdük. Şuşada görüşdük! Ömrümüzün sonunacan sizə minnətdarıq. Sizi dünyaya gətirən anaların qarşısında baş əyirik. Nurlar içində yatın. Bu layihədə iştirak edən bütün komandaya, xüsusilə Cəlal Qurbanova təşəkkür edirəm" deyə, Xanbabayeva paylaşımında yazıb.