Əməkdar artist Lalə Məmmədova ötən gün böyük qızı Nərgizlə birlikdə fotokameramızın qarşısına keçib.
Axşam.az-ın məlumatına görə, müğənni Yeganə Mürsəlovanın oğlunun kiçik toyuna qatılan sənətçi övladı ilə fotosessiya etdirib. Ana olduqdan sonra bir müddət dəvətlərdən uzaq qalan L.Məmmədova yaradıcılıq işlərinə geri qayıtdığını bildirib.
Xatırladaq ki, müğənninin bu yaxınlarda daha bir qız övladı dünyaya gəlib. Lalə ona Çinarə adını verib.