Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirilib - fotolar

Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirilib -   fotolar
2715 dəfə oxunub
  • A-
  • A
  • A+
2 N-li Bakı Baza Tibb Kollecində əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun 60 illik yubileyi münasibətilə görüş keçirilib.

Axşam.az xəbər verir ki, görüşdə çıxış edən kollecin direktoru Dilarə Məmmədəliyeva ədibin yaradıcılığına diqqətdən danışıb və səbəbkarın yubileyini təbrik edib.

Daha sonra kollecin tələbə heyəti B.Vəziroğlunun şeirlərini səsləndirib, onun sözlərinə yazılmış mahnıları oxuyublar. Tədbirdə Aysel Məsimli, Hikmət Məmmədov, Könül Nurullayeva, Aynur Aslanlı, Tutu Qasımova, Təhminə Həsənova, Gülər Seyidova, Fidan Hacıyeva maraqlı çıxışları ilə yadda qalıb. Yaradıcılıq gecəsində şairin sənət dostları da iştirak edib. Sonda yubilyara simvolik hədiyyələr təqdim olunub.