“Fashion Model School by Lyubov Gutorova” model agentliyinin üzvü Cema Hüseynova ailə həyatı qurmağa hazırlaşır.
Axşam.az 1news.az-a istinadən xəbər verir ki, mayda Cema Hüseynova şəhər VVAQ idarələrindən birində avropalı nişanlısı Zoranla qanuni nikaha daxil olacaq.
Modelin nişanlısı Zoran əslən sloveniyalıdır və baş-aşpaz işləyir. Cema Zoranla ortaq dostları vasitəsilə tanış olub. Cütlük Bakıdakı italyan restoranlarından birində öz yaxınları və qohumları üçün yemək təşkil etməyi planlaşdırır. Nişanlı cütlüyün sözlərinə görə, onlar qonaqlardan yalnız ağ geyimdə gəlməyi istəyiblər.
Təntənəli toy mərasimi isə yaxın zamanlarda Avropada - bəyin vətənində baş tutacaq.