Kamran Həsənlinin verilişində nələr olacaq? - fotolar

Kamran Həsənlinin verilişində nələr olacaq? -  fotolar
1542 dəfə oxunub
  • A-
  • A
  • A+
“Space” telekanalında yayımlanan “Sizin saat” verilişində bu dəfə qalmaqallı kliplər müzakirə ediləcək.

Axşam.az-ın məlumatına görə, proqramda ekranlara çıxdığı andan səs-küyə səbəb olan obrazlardan, kliplərə tutulan iradlardan, buna görə məhkəməlik olan məşhurlardan danışılacaq. Verilişin qonaqları “Ayrılma məndən” klipinə görə tənqidlərə məruz qalmış xalq artisti Faiq Ağayev, “Yalvara-yalvara” aşıq mahnısına çəkdirdiyi klipə görə qınaq obyektinə  çevrilmiş Yeganə Mürsəlova, rejissor Aqil M.Quliyev və Elşən Dadaşov olacaq. Həmçinin verilişdə son vaxtlar kliplərdə yaradıcılığın azalmağından da bəhs ediləcək.
 
“Sizin saat” verilişini Axşam.az-ın informasiya dəstəyi ilə cümə axşamı saat 22:30-da, təkrarını isə bazar günü 14:15-də izləyə bilərsiniz.