Kazanova Bakıda Eminin otelində qonaq oldu - fotolar

Kazanova Bakıda Eminin otelində qonaq oldu - fotolar
3774 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyalı müğənni Sati Kazanova dünən Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, tanınmış ifaçı yeni klipini, məhz, Bakıda çəkdirmək istəyib. İçəri Şəhəri, dəniz kənarını gəzən Sati təəssüratlarını İnstaqram səhifəsində bölüşüb. Kazanova bəstəkar-müğənni Emin Ağalarovun "Sea Breeze" otelində qalıb:

“İçəri şəhər – nağıl kimidir. Bakıya aşiq oldum. Dünyanın ən gözəl şəhərlərindən biridir. Əhalinin qonaqpərvərliyinə isə söz ola bilməz. Bu səfər zamanı bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Sizin dəstəyiniz olmasaydı, biz bu qədər gözəl klip çəkə bilməzdik. Xəzər – gözəl və sakitdir. Bu da yaradıcı heyətin xeyrinə oldu. Bu işdə bizə dəstək olan Emin Ağalarova xüsusi minnətdaram”.