Əməkdar artist Nüşabə Ələsgərlini bu dəfə də türk müğənnisi Seda Sayana bənzədiblər.
Axşam.az-ın məlumatına görə, saç düzümünü dəyişən müğənni “Şou+” verilişinə açıqlamasında hər kəsin onu türkiyəli sənətçiyə bənzətdiyini deyib:
“Yeni saç düzümümdə fotolarımı İnstaqramda paylaşmışdım, hamı Seda Sayana bənzədiyimi yazıb. Dedim, saçımı burdum, Alla Puqaçova dediniz, indi də Seda Sayan oldum. Bunlar mənə xoşdur. Özümü qəsdən heç kimə oxşatmıram. Həm də Alla Puqaçova balaca adam deyil, şərəfli bir sənətkardır. Ona bənzədilmək gözəldir, amma insan özü kimi olsa, daha yaxşıdır”.
Foto: Rəşad ABBASOV