Türkiyənin Radio və Televiziya Qurumu məşhur müğənnilər - Şakira ilə Rihannanın "Can't Remember to Forget You" adlı klipini yayımlayan "Show TV" və "Dream TV" kanallarını cərimələyib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qurum, kanal rəhbərlərinə göndərdiyi qərarın protokolunda cəzanın səbəbini belə açıqlayıb:
“İki sənətçi qadın eyni yataqda açıq-saçıq geyimdədir. Şakira tez-tez əllərini ayaqlarının arasına aparır, ritmik hərəkətlərlə qıvrılırlar. Biri digərinin kürəyinə yapışmış vəziyyətdə xüsusi yaxınlıq göstərirlər. Klipdə sərgilənən erotik rəqs gənclər, xüsusilə də uşaqlar tərəfindən örnək kimi qəbul oluna bilər”.