Gülay: “Mənim üçün pul ikincidir”

Gülay: “Mənim üçün pul ikincidir”
4605 dəfə oxunub
  • A-
  • A
  • A+
“İctimai” telekanalda yayımlanan “Yeni sədalar” verilişinin budəfəki qonağı müğənni Gülay Zeynallı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi canlı efirdə “Ey vəfalı yar” adlı təzə mahnısını səsləndirib. Sənətdən danışan Gülay pul xatirinə müğənni olmadığını deyib:

“Sənətə pul xatirinə gəlməmişəm. Mənim üçün birinci yerdə sənətdir, ortaya keyfiyyətli iş çıxarmaqdır. Pul ikincidir”.

Bundan əlavə proqramda həmişəki kimi yenə də “Rumba fiesta” qrupunun solistləri Orxan, Məsut və Elşən tamaşaçıları canlı musiqiyə qonaq ediblər.

Qeyd edək ki, "Yeni sədalar" verilişi hər həftənin çərşənbə axşamı saat 13:45-də, cümə axşamı isə 15:15-də İTV-də canlı yayımlanır.