“Özünə bax”da ikinci yarımfinal həyəcanı – fotolar

“Özünə bax”da ikinci yarımfinal həyəcanı –  fotolar
3580 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalının “Özünə bax” layihəsinin ikinci yarımfinalına start verilib.

Axşam.az-ın məlumatına görə, bu həftədən etibarən iştirakçılar oncədən müəyyən olunmuş konsept üzrə geyinməlidirlər. Yarımfinalın başladığı iki gün ərzində iştirakçıların bir çoxu konseptə əməl etmədiyinə görə üçüncü yarımfinala keçə bilməyib.

Bu dəfə münsif kürsüsündə layihənin siması Ruhi Əliyeva, “Caspian Vogue” bloqunun rəhbəri Aynur Gözəl, stilist Mehmet Özəl, dəb üzrə mütəxəssis Elnarə Bəkir əyləşib. Münsiflər iştirakçılara geyimlərlə bağlı məsləhətlər verib, iradlarını bildiriblər. Onlar üçüncü yarımfinalın önəmli olduğunu, iştirakçılara, müsabiqəyə daha diqqətli yanaşmağı tapşırıblar.

Qeyd edək ki, “Özünə bax”, Axşam.az-ın informasiya dəstəyi ilə həftənin ilk üç günü saat 15:00-da canlı yayımlanır. Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Ülvi Hadıyev (Şaba), Aygün Rəsulzadə, prodüseri Vüqar Şəfiyev, fotoqrafı Ruslan Əsədov, rejissoru Qəmər Abbasovadır.
Müsabiqədə birinci yeri tutan xanıma brilliant tac, bəyə isə avtomobil hədiyyə olunacaq.