Kino xadimləri 50 azərbaycanlı gənclə bir araya gəldilər - fotolar

Kino xadimləri 50 azərbaycanlı gənclə bir araya gəldilər -  fotolar
969 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənclər və İdman Nazirliyi, "Addım" gənclər təşkilatı ilə bərabər  yeni sosial  layihə həyat keçirib.

Axşam.az-ın məlumatına görə, "İnsan hüquqları təlim müsabiqə" proqramında Azərbaycanın müxtəlif regionlarından 50  gənc iştirak edib. Layihə çərçıvəsində gənclər insan hüquqları mövzusu üzrə mütəxəssislər və kino xadimlərindən master klasslar alıblar. 3 gün ərzində Bakıdakı otellərin birində bir araya gələn addımçılar kinoşünas Ayaz Salayev, dramaturq Əli Əmirli, hüquqşünas Şaiq Qəhrəmanov və prodüser Hüseyn Cavadzadənin dərslərində iştirak edib, mövzu ilə bağlı tematik filmlər izləyiblər. Layihənin növbəti mərhələsində isə təlimdən bəhrələnən gənclərin ideyalarının reallaşdırılması üçün təşkilat komitəsinin texniki bazasında film çəkimlərinə start veriləcək. Sonda "İnsan hüquqları" mövzusunda ən uğurlu filmlərin müəllifləri mükafatlandırılacaqlar.

Layihənin  18 iyun beynəlxalq insan hüquqlarının müdafiəsi günündə təntənəli tədbirlə yekunlaşdırılması gözlənilir.