"Sultan Süleyman"ın 45 yaşı oldu - fotolar

"Sultan Süleyman"ın 45 yaşı oldu - fotolar
2030 dəfə oxunub
  • A-
  • A
  • A+
"Möhtəşəm yüz il"in Sultan Süleymanı Halit Ərgəncin 45 yaşı tamam olub.

Axşam.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, aktyorun həyat yoldaşı Bergüzar Korel ona sürpriz ad günü partisi təşkil edib. Gecədən xəbərsiz məkana gələn aktyor içəri daxil olanda “Mehtər marşı” səslənib. Bundan təəccüblənən səbəbkar, xanımını qucaqlayaraq təşəkkür edib və cütlük tortun şamlarını birlikdə söndürüblər.

Mərasimdə “Möhtəşəm yüz il”in bir çox tanınmış simaları da iştirak edib.