Abbas: “Anam məni danışdırmır” - fotolar

Abbas: “Anam məni danışdırmır” -  fotolar
3501 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Abbas Bağırov “Yaşıl Teatr”da baş tutacaq konsertinin məşqlərinə başlayıb.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda “Müleyli” şousuna açıqlamasında deyib. O, konsertdə daha çox təzə mahnılara üstünlük verəcəyini bildirib:

“Məşqlərə başlamışıq, çox çətindir. Bütün mahnıları canlı oxuyacam. Səsləndirəcəyim bəstələrin 80 faizi təzədir. Köhnə mahnıları isə yeni aranjimanda təqdim edəcəm. “Yaşıl teatr” hələ belə konsert görməyib. Oranı tamamilə dəyişəcəm”.

A.Bağırov haqqında yayılan şayiələrdən də danışıb:

“Haqqımda çox şayiələr gəzir. Hərdən evə gəlirəm, görürəm anam məni danışdırmır. Səbəbini soruşuram, deyir, məndən xəbərsiz nişanlanmısan, filan qohum deyir ki, Abbası nişanlısı ilə gördük.  Haqqımızda çıxan yalan xəbərlər ailəmizdə problemlər yaradır”.

Foto: Rəşad ABBASOV