Dilarə: “Xəzdən olan geyimlər geyinmirəm" - fotolar

Dilarə: “Xəzdən olan geyimlər geyinmirəm" -  fotolar
1298 dəfə oxunub
  • A-
  • A
  • A+

Eurovision 2014” təmsilçimiz Dilarə Kazımova Macarıstan təmsilçisi Andraş Kallay-Sonders ilə birlikdə Danimarkada heyvan sığınacağını könüllü ziyarət edib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müsabiqə təmsilçiləri sığınacağı gəzdikdən sonra heyvanların necə müalicə olunmaları ilə tanış olublar.  Daha sonra cütlük Nana və Jack Russell Terrier adlı itlərlə gəzintiyə çıxıb, "Sevgi ilə Macarıstandan", " Sevgi ilə Azərbaycandan" deyərək itlərlə oynayıblar.

Dilarə Bakıda heyvanların  qorunmasında xüsusi fəallıq göstərdiyini bildirib: 

“Mən xəzdən olan geyimlər geyinmirəm və cəmiyyətdə heyvan hüquqları üzrə maarifləndirmə məqsədi ilə keçirilən  xeyriyyə tədbirlərində iştirak edirəm. Bəlkə mən də bir gün Bakıda heyvan sığınacağı açaram. Sığınacağa səfər çox maraqlı idi”.

Qeyd edək ki, Andraş Kallay-Sonders  haqda danışan   Azərbaycan təmsilçisi onun  gözəl və cazibədar oğlan olduğunu bildirmişdi.