Yerli məşhurlar xeyriyyə layihəsində - fotolar

Yerli məşhurlar xeyriyyə layihəsində -  fotolar
2396 dəfə oxunub
  • A-
  • A
  • A+
Sənət aləminin tanınmış simaları “Boutique” dərgisinin  "Mənə arzu bağışla" adlı xeyriyyə layihəsində iştirak edib.

Axşam.az-ın məlumatına görə, əməkdar artist Tünzalə Ağayeva, aparıcı Nərgiz Cəlilova, Leyla Əliyeva, “Four Seasons Hotel Baku”nun PR üzrə meneceri Aynur Məmmədova, aktyor Bəhram Bağırzadə, futbolçu Vaqif Cavadov, xeyriyyəçi Nərgiz Babayeva və dicey Fateh layihə çərçivəsində talassimiya, ürək çatışmazlığı kimi müxtəlif xəstəliklərdən əziyyət çəkən körpələrlə şəkillər çəkdiriblər.

Fotolar uşaqların adına açılmış hesab nömrələri ilə birlikdə  “Boutique” dərgisində nəşr olunub.