Tanınmış teleprodüser və aparıcı Acun Ilıcalının 21 yaşlı sevgilisi Şeyma Subaşı 5 aylıq qızı ilə selfi çəkdirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şeyma başörtülü halda çəkdiyi şəkli İnstaqramda paylaşıb və altına “Axşam namazımı qılmamışdan əvvəl Melissamın otağında yanına uzanıb şəkil çəkdim və sizinlə paylaşmaq istədim. Qulluq etdiyim dini göstərib az da olsa, ona maraq yaradıramsa, çox xoşbəxtəm” yazıb.